11 Sentyabr 2014 09:05
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni dərs ilinin başlanması ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi oktyabrın 15-dək “Diqqət, uşaqlar!” təhlükəsizlik aylığı keçirəcək. Bununla bağlı uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili aparılıb, qəzaların baş vermə səbəbləri öyrənilib və aradan qaldırılması istiqmətində təhlükəsizlik aylığının keçirilməsinə qərar verilib.

Görülən tədbirlər sırasında məktəblərin yerləşdiyi ərazilərdə, uşaq və yeniyetmələin toplaşdığı yerlərdə hərəkət marşrutlarında yol hərəkətinin təhlükəsiz təşkilinə diqqət yetiriləcək.

Bakı şəhər Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədovun Teleqraf.com-a bilirdiyinə görə, bununla əlaqədar Bakı şəhərində 126 məktəbin ərazisində müvafiq tədbirlərin görülməsinə başlanılıb:

“Məktəblərin ərazisində xüsusi texnoplastik boyalar vasitəsilə cizgilənmə işləri aparılır. Ərazidəki müvafiq yol nişanları da cizgilənməyə başalnıb. Yararsız hala düşən yol nişanları yeniləri ilə əvəz olunur”.

Onu da bildirək ki, sentyabrın 15-dən yol polisi əməkdaşları xüsusilə ibtidai siniflərdə yol-hərəkəti qaydaları haqqında açıq dərslər keçəcək. “Diqqət, uşaqlar!” adlı tədbirdə əsas məqsəd məktəbə gedən təhlükəsizliyin təmin edilməsidir. Yol polisi əməkdaşları hesab edir ki, bu tədbirlər azyaşlıların, məktəblilərin iştirakı ilə baş verən yol qəzalarının azalmasına gətirib çıxaracaq.

Qeyd edək ki, bu ilin 8 ayı ərzində ölkə ərazisində uşaq və yeniyetmələrin iştirak etdiyi yol qəzaları zamanı 63 uşaq həlak olub, 145 azyaşlı isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

SEVİL


Müəllif:

Oxşar xəbərlər