"Hesabat dövründə dövlət ittihamının müdafiəsi üzrə şöbə tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 53 faizi təmin olunub".
Teleqraf.com xəbər verir ki, əməliyyat müşavirəsində hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.
Hərbi prokuror bildirib ki, cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılmasında, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınmasında müsbət rolu olan səyyar məhkəmə iclaslarının keçirilməsi təşəbbüsü ilə dövlət ittihamçıları tərəfindən məhkəmələrə çoxsaylı vəsatətlər verilsə də, onlardan yalnız 4-ü təmin edilib ki, bu da qənaətbəxş hesab olunmadığı üçün bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi nəzərdə tutulur.