19 İyul 2019 14:18
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Yalçın Rzazadə ötən gün Türkiyədə əməliyyat olunub.

Bu barədə Kult.az-a xalq artistinin oğlu Mətin Rzazadə məlumat verib.

“Şükürlər olsun ki, əməliyyat yaxşı keçdi. Hazırda səhhəti stabildir, amma kritikliyini qoruyur.

Atamın necə güclü insan olduğunu bilirdim, amma bu dərəcədə ağlıma belə gətirmirdim. Gücü, iradəsi nəticəsində hələ ki, xəstəliyə güc gəlməyi bacarır. Bu, ilk əməliyyat idi, yenə olmalıdır” - M.Rzazadə bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl ürəyində və öd kisəsində problemlər yaranan Y.Rzazadə qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya yerləşdirilmişdi. Daha sonra isə müalicəsinin davam etdirilməsi üçün Türkiyəyə aparılmışdı.

Onun müalicəsini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər