23 İyul 2019 10:52
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Komitəsinin iyulun 23-də mitinq keçirilməsi ilə bağlı təşəbbüs qrupunun üzvlərinə – Pənah Hüseyn və Tural Abbaslıya bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq xəbərdarlıq edilib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Elşad Hacıyevin sözlərinə görə, onların diqqətinə çatdırılıb ki, Bakı Şəhər İcra hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısı polis tərəfindən qətiyyətlə alınacaq:

"Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə vurğulanıb ki, polis paytaxtda asayişin, əmin-amanlığın davamlı olması üçün bütün lazımi tədbirləri həyata keçirir"./Unikal.org/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər