26 İyul 2019 11:07
2 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 24-də axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev haqqında bəzi məlumatları çatdırırıq.

Rəşad Atakişiyev Şəmkirin Qılıncbəyli kəndində doğulub. Ailənin yeganə övladı olub. Anası rusəsillidir.

O, orta məktəbi Samux rayonunun Alabaşlı kənd orta məktəbində oxuyub. Müəllimlərin sevimli şagirdi olub. Bacarığı və istedadı ilə həmişə sinif yoldaşlarından fərqlənib. Məktəbi çox yüksək qiymətlərlə başa vurub. Sonra Hərbi Hava Qüvvələri məktəbinə daxil olub. Oranı da yüksək qiymətlərlə başa vurub. Polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.

Xəbəri eşidən Qılıncbəyli sakinləri hələ də onun qəzaya düşdüyünə inanmadıqlarını, çox sarsıldıqlarını bildirirlər. Son vaxtlar işlərinin çoxluğu ilə əlaqədar kəndə gec-gec gəlməsinə baxmayaraq, vaxtaşırı kənddə yaşayan doğmalarını ziyarət edirmiş.

Xatırladaq ki, polkovnik-leytenant tanınmış politoloq Qabil Hüseynlinin kürəkəndir və hərbi hissə komandirinin müavini olub./Hafta.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər