2 Avqust 2019 13:35
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi özünün yeni loqosunu təqdim edib.

Teleqraf.com xəbər verir ki, yeni loqonun təqdimatı bu gün mərkəzdə keçirilən mətbuat konfransı zamanı baş tutub.

Mərkəzin idarə heyətinin sədri Fərid Şəfiyev bildirb ki, qurumun hədəfi daha çox xarici auditoriyadır:

“Mərkəz loqoda qeyd olunan “AİR Center” adı ilə dünyada tanınmağı hədəfləyir. Bilirsiniz ki, “AİR” ingilis dilində hava deməkdir. Bu abbreviatura ingilis dilindən Azərbaycan dilinə Beynəlxalq Münasibətlərin Təhlili (Analysis of İnternetional Relations) kimi tərcümə olunur. Hesab edirik ki, bu da müsbət ab-hava yaradacaq. Mərkəzin bütün rəsmi yazışmalar və razılaşmalarında, o cümlədən sosial şəbəkələrdəki rəsmi səhifələrində bu loqodan istifadə olunacaq”.

F.Şəfiyev onu da bildirib ki, “AİR Center”in fəaliyyətində hər şey şəffaf şəkildə olacaq.

F.Şəfiyev qarşıdakı planlar haqqında da danışıb: “Sentyabr ayında “Əsrin müqaviləsi” ilə bağlı elmi seminar, yaxud dəyirmi masa keçirmək istəyirik. Tədbir ingilis dilində olacaq. Ümumiyyətlə, bizim tədbirlərin əksəriyyəti Azərbaycan və müəyyən dərəcədə ingilis dilində olacaq.

Digər bir tədbir Qoşulmama Hərəkatı ilə bağlı olacaq. Oktyabrın 3-də türkdilli dövlətlərin düşüncə mərkəzlərinin konfransını keçirəcəyik”.


Müəllif: Səxavət

Oxşar xəbərlər