Hesablama Palatasında Kollegiya iclası keçirilib.
Teleqraf.com-un xəbərinə görə, iclasda “Aztelekom” İstehsalat Birliyi tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanması və dövlət büdcəsinə ödənilməsinin, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair həyata keçirilmiş audit tədbirinin nəticələri barədə hesabat və rəy geniş müzakirə olunaraq müvafiq qərar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında dövlət büdcəsinin yerli xərclərindən Zaqatala Mərkəzi Rayon Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, onun tabeliyində olan struktur vahidlərinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin formalaşması və istifadəsinə, dövlət əsaslı vəsait qoyuluşundan “Bakıelektrikşəbəkə” ASC-yə ayrılan vəsaitlərdən istifadəyə dair audit proqramları müzakirə edilərək təsdiq olunub.
Naibə