29 Avqust 2019 12:51
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm dünyası 2016-cı ildə Efiopiyada tapılan kəllənin araşdırmasını başa çatdırıb. Mütəxəssislər 3,8 milyon il yaşı olduğu təxmin edilən kəllə sümüyünü incələdikdən sonra ilk insanın necə göründüyünü modelləşdirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 3,8 milyon il yaşı olan kəllə Efiopoyanın Voronso-Mille məntəqəsindən tapılıb.

MRD olaraq bilinən və Efiopiyanın Afar bölgəsində tapılan kəllənin yaxşı vəziyyətdə olduğunu bildirən mütəxəsislər “bu kəllənin 4,1 - 3,8 milyon il əvvəldən qaldığı təxmin olunur” açıqlamasını veriblər.

Mütəxəssislər kəlləni modelləşdirdikdən sonra insanların əcdadının necə göründüyünü ortaya çıxarıblar.


Müəllif: Cavad

Oxşar xəbərlər