Sumqayıtda ticarət mərkəzinin mühafizəçiləri dəyənəklərdən qanunsuz olaraq istifadə etdiklərinə görə cərimələnib.
Teleqraf.com-un xəbərinə görə, “Cavid” Ticarət Mərkəzində fəaliyyət göstərən “Qafqaz” özəl Mühafizə Xidmətinin əməkdaşları qanunsuz olaraq rezin dəyənəklərdən istifadə edib.
Buna görə mühafizəçilər Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən inzibati Xətalar Məcəlləsinin 534-cü (Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıma) maddəsinə əsasən cərimə edilib.