Sabah məktəblərdə ibtidai sinif şagirdləri üçün ilk dərs məşğələsi "İdman və sağlamlıq" mövzusuna həsr ediləcək.
V-IX siniflərdə ilk dərs "Mütailə - mənəvi zənginliyə aparan yol" mövzusunda olacaq.
X-XI siniflərdə isə ilk dərs "Azərbaycan inkişaf yollarında" mövzularına həsr olunacaq.
Qeyd edək ki, şagirdlərin ilk dərs məşğələsinin həsr ediləcəyi mövzu Təhsil nazirinin müvafiq əmri ilə müəyyən edilir./trend/