17 Sentyabr 2019 11:42
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakıya gətirilən yeni qatarlarda avtomatlaşdırılmış sistemlər tətbiq olunur. Bu, eyni zamanda qatarların qapılarına da şamil olunur. Gecikmənin yaranmasının səbəblərindən biri də qapılara olan müdaxilə, təsir və təzyiqdir. Bu halda proqram təminatı yenidən yüklənməlidir. Bu yüklənmə bir qədər vaxt apardığı üçün interval fərqləri yaranır. Bu da müəyyən gecikmələrə səbəb olur”.

Bu sözləri Teleqraf.com-a Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu gün “Həzi Aslanov”- “Dərnəgül” istiqamətində hərəkət edən qatarlarda baş vermiş gecikmənin səbəblərini açıqlayarkən bildirib.

Onun sözlərinə görə, qatarların hərəkətində intervalın olmasının səbəblərindən biri də böyük sərnişin axınının olmasıdır:

“Tədris ilinin başlanmasıyla əlaqədar Bakı metrosu 800 mindən artıq sərnişin daşıyıb. Sərnişinlərin çox olması, onların qatarların hərəkətinə bilməyərək maneə törətməsi gecikmələrə səbəb olan amillərdəndir.

Bakı Metropoliteninin xəttlərinin texniki xüsusiyyəti var. Metropolitenin iki xətti “28 May” stansiyasında birləşir. Qatarlar bundan sonra “28 May”- “Həzi Aslanov” istiqamətində bir xətt üzrə hərəkət edir. Bu da müəyyən yüklənməyə və sərnişin artımına gətirib çıxarır. “Dərnəgül” istiqamətində hərəkət edən qatarlarda isə bundan iki dəfə artıq interval olur”.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər