Bu gün respublikamızın bəzi bölgələrində və paytaxtın Xətai rayonunda qaz olmayacaq.
Ələt-Astara avtomobil yolunun kəsişmə nöqtələrində qaz xəttinin yeni çəkilmiş hissələrinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar sentyabrın 18-də saat 09:00-dan 18:00-dək Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.
Teleqraf.com “Azəriqaz”a istinadən xəbər verir ki, bir sıra təmir işləri ilə bağlı saat 10:00-dan Xırdalan şəhərində də qaz fasilələrlə veriləcək. Bu gün səhər saat 10:00-dan Xətai rayonunda Ş.Səmədov küçəsində kanalizasiya kollektorunun çökməsi ilə bağlı təhlükəsiz əraziyə köçürülmüş qaz xəttinin mənbəyə birləşdirilməsi işləri də icra olunacaq. Bu müddətdə Xətai rayonu, H.Aslanov, NZS qəsəbələri, K.Kərimov, D.Səfərov, M.Davud küçələrində qaz təchizatında məhdudiyyətlər tətbiq ediləcək.