30 Sentyabr 2019 23:43
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanlarında yeni təyinat olub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə Mingəçevir şəhər Polis İdarəsinin rəisi Teymur Hacıyev tutduğu vəzifədən azad edilərək Bakı şəhər Baş Polis İdarəsinə əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Həmin vəzifədə çalışan Elxan Həsənov isə iki gün əvvəl tutduğu vəzifədən azad edilib.

"Qafqazinfo"nun məlumatına görə, Teymur Hacıyev daha əvvəl Zərdab rayon Polis şöbəsinin rəisi olub. O, 14 fevral 2019-cu il tarixində sabiq Daxili İşlər naziri Ramil Usubovun əmriylə vəzifəsindən azad edilərək Mingəçevir şəhər Polis şöbəsinin rəisi təyin edilib. O, cəmi 8 aydan sonra yeni vəzifəyə təyinat alıb.


Müəllif: Mənbə/APA

Oxşar xəbərlər