17 Oktyabr 2019 12:00
340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsildə dərslik məsələsində yeniliklər aparılır. Yeni hazırlanan dərsliklərin ilkin olaraq ibtidai siniflər üçün tətbiq edilməsi planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bunun Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, yeni çap olunan Ana dili və Riyaziyyat fənni üzrə dərsliklər 2 hissədən ibarət olacaq, bu da onların əlavə fiziki yükünü azaldacaq: "Yenilik növbəti ildən tətbiq ediləcək. Məktəb dərsliklərinin istifadə müddəti ilə bağlı deyə bilərəm ki, hazırkı reqlamentə əsasən, dərsliklər 4 il üçün çap edilib təhvil verilir.

Nazirlik hazırda müxtəlif yaş qrupları üzrə müxtəlif istiqamətdə dərsliklərin ərsəyə gətirilməsi üzərində işləyir. Hesab edirəm ki, dərs yükü çox olan dərsliklərin 2 hissədən ibarət olması daha məqsədəuyğundur".


Müəllif: Teleqraf.com