5 Noyabr 2019 12:00
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Facebook” kompaniyası loqotipini dəyişdirib.

Teleqraf.com xəbər verir ki, məqsəd korporasiyaya məxsus eyniadlı sosial şəbəkənin loqotipindən fərqlənməkdir.

“Biz “Facebook”dan hansı məhsulların gəldiyini aydınlaşdırmaq üçün ticarət nişanımızı yeniləyirik. Kompaniyanın yeni loqotipini təqdim edirik”, – deyə “Facebook”un bloqunda bildirilir.

Kompaniya qeyd edib ki, eyniadlı tətbiqetmə öz brendini qoruyacaq və insanlar istifadə etdikləri məhsulları hansı şirkətlərin istehsal etdiyini mütləq bilməlidirlər.

“Bizim əsas xidmətlərimizə “Facebook”, “Messenger”, “Instagram”, “WhatsApp”, “Oculus”, Workplace”, “Portal” və “Calibra” tətbiqetmələri daxildir. Bu tətbiqetmələr və texnologiyalar uzun illərdir ortaq infrastruktura malikdir və onların arxasındakı komandalar çox vaxt birlikdə işləyirlər”, – deyə “Facebook” korporasiyası bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər