9 Noyabr 2019 23:59
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun ASAN Radio ilə birgə həyata keçirdiyi “Azərbaycan tarixi” adlı layihə davam edir.

Tarix İnstitutundan Teleqraf.com-a verilən məlumata görə, layihə Azərbaycan tarix elmini populyarlaşdırmaq və ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

Layihə çərçivəsində tariximiz azərbaycançılıq məfkurəsinə əsasən buraxılışlar şəklində qədimdən müasir dövrədək ictimaiyyətə təqdim edilir. Növbəti buraxılış 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunub. Ekspert qismində isə Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev çıxış edib.

Layihənin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, ideya müəllifi və prodüseri isə ASAN Radionun direktoru Emin Musavidir. Buraxılışların mətnini hazırlayan araşdırmaçı jurnalist Aida Eyvazlı, redaktoru ASAN Radionun baş redaktoru İlkin Kərimovdur.


Müəllif: Teleqraf.com