12 Noyabr 2019 20:45
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bəylə gəlin polislə jurnalistlərin arasında qalıb.

Hadisə paytaxtın mərkəzi hissəsində - Bakı Şəhər İcra Hakimiyyətinin binası yaxınlığında baş verib.

Fotosessiya etdirdikləri İçərişəhərdən çıxan bəy və gəlin Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısına təyin etdiyi aksiya ilə əlaqədar əraziyə toplaşan polislər və jurnalistlərlə qarşılaşıblar. Xeyli sayda jurnalist onları əhatəyə alIb. Polis çaşqınlığa uğrayan yeni evlilərin ərazini rahat tərk etməsi üçün şərait yaradıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər