Bu gün səhər saatlarından etibarən çanaq antenaların yayımı dayandırılıb.
Belə ki, çanaq antenaları ilə yayımlanan heç bir kanala baxmaq mümkün deyil. Bunun səbəbinin isə ölkədə çanaq antena yayımının dayandırılması olduğu deyilir. Rabitə və yüksək texnologiya nazirinin müavini Müşfiq Əmirov isə Teleqraf.com saytına açıqlamasında bu problemin nazirliklə bağlı olmadığını bildirib. Onun sözlərinə görə, problem “Türksat”la bağlıdır:
“Hazırda praflaktik tədbirlər görülür. Texniki baxış başa çatan kimi yayım bərpa ediləcək və çanaq antenaları yenidən işləyəcək”.
İlhamə