13 Noyabr 2019 17:09
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Elmira Axundova pensiyaçıların ictimai nəqliyyatdan pulsuz istifadə etməsini təklif edir.

Teleqraf.com xəbər verir ki, deputat bu təklifi Milli Məclisdə irəli sürüb.

O, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edib: “Mən başa düşürəm ki, bu, bilavasitə sizin məşğul olacağınız məsələ deyil. Amma siz ictimai nəqliyyatın təqaüdçülər üçün pulsuz olması haqda təşəbbüs irəli sürə bilərsiniz”

Xanım deputat əlavə edib ki, belə bir təcrübə Rusiya və Avropa ölkələrində tətbiq edilir: “Yəni orada təqaüdçülər bu imtiyazdan istifadə edirlər. Nəzərə alaq ki, yaşlı vətəndaşlarımızın təqaüddən başqa gəlir yeri yoxdur. Əgər onlar növbəti ildən nəqliyyatdan pulsuz istifadə etsələr, bu onlara əsl yeni il hədiyyəsi olardı”.


Müəllif: Cavad