14 Noyabr 2019 12:01
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Mirzəliyev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, İ.Mirzəliyev bildirib ki, noyabrın 15-dən ölkədə qış mövsümünə keçid başlayacaq. O qeyd edib ki, ölkədə istilik təchizatı sisteminin bərpası və dönüş nöqtəsi 2005-ci ildə səhmdar cəmiyyətin yaradılması olub:

“Ötən illər ərzində bu sahədə əməli işlər görülüb. İlk növbədə ictimai müəssisələrin istiliklə təchizatı ilə bağlı mühüm işlər görülüb. Ötən müddət ərzində 172 istlik mənbəyi yaradılıb. 57 istilik məntəqəsində müasir qazanxanalar qurulub. Bu günədək istilik sistemi ilə bağlı 2700-dən artıq layihə həyata keçirilib. İstilik alan məktəblərin sayı 66 ədəd, sosial obyektlərin sayı 1219 ədəd artıb. İstliyin keyfiyyət parametrlərində də dəyişiklik baş verib. Əgər 10 il əvvəl su sərfiyyatı 10-12 milyard kubmetr təşkil edirdisə, bu gün bu göstərici 1 milyard kubmetrdir”.

Dünyada istilik təchizatı sistemində baş verən dəyişikliyi öyrəndiklərini bildirən İ.Mirzəliyev qeyd edib ki, müəyyən problemlərin olduğu sirr deyil:

“Bunu vətəndaş müraciətləri də göstərir. Biz bu müraciətləri çox diqqətlə dinəyirik. Əsas problemlər bu gün Bakının özündə mərkəzi sistemə bəzi binaların qoşulmaması ilə bağlıdır. 300-ə yaxın bina mərkəzi istilik sisteminə hələ tam qoşulmayıb. Həmin binalar daxilində sistemlərin tam layihəyə uyğunluğu ilə bağlı problemlər var. Bir sıra digər texniki problemlər də var. Bu cür müraciətlərin asanlaşdırılması üçün 956 nömrəli çağrı mərkəzi fasiləsiz fəaliyyət göstərir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər