19 Noyabr 2019 16:20
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Avrasiya" klinikasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülaliyev İstanbul şəhərindəki Amerikan xəstəxanasına köçürülüb.

“Bu barədə Oqtay Gülalıyevin oğlu Təbriz Gülaliyev öz Facebook hesabında məlumat verib.

“Az öncə atam Oqtay Gülalıyev İstanbulda yerləşən Amerikan xəstəxanasına köçürüldü. Həkimlər köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər”, - deyə, O.Gülalıyev əlavə edib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər.

Xatırladaq ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib. /report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər