“Azərbaycan ailəsində kişinin qadını döyməsi faktı nadir hallarda ola bilər”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, kişilərin ailədə fiziki zorakılığa məruz qalma səbəbi spirtli içki asılılığı, antisosial həyat tərzidir: “Davranış pozuntusuna yol verən və yaxud cəmiyyətdə özünü idarə edə bilməyən kişiyə qarşı qadın fiziki hərəkətlər tətbiq edir. Amma belə faktlar çox deyil”.
Mehriban Zeynalovanın fikrincə, kişilər daha çox psixoloji zorakılığa məruz qalırlar: “Ən-ənəvi olaraq qadının kişidən daha çox gözləntisi olur var və bu, doğrulmayanda qadın sözlə ifadə edilən zorakılığa yol verir. O, ərini başqa kişiylə müqayisə edərək, şəxsiyyətini alçaldır. Eyni zamanda kişinin qarısına qoyduğu müxtəlif maddi tələblərə, deyingəliyə də tez-tez rast gəlinir”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin ötən ilki hesablamalarına görə, ölkədə kişilərin qadınlar tərəfindən fiziki zorakılığa məruz qalma halları 15 faizdir.
Aysel Azad