26 Noyabr 2019 15:41
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 29-da Park Bulvar AVM-də Oktay Kaynarcanın imza günü olacaq.

Teleqraf.com xəbər verir ki, Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən Kiğılı mağazasının açılışında iştirak edəcək məşhur türk aktyoru Oktay Kaynarca həm də sevənləri ilə görüşəcək.

Kigılı markasının siması olan Oktay Kaynarca brendin Park Bulvar AVM-də açılan yeni mağazasının açılışında iştirak etmək üçün Türkiyədən gəlib.

Elə həmin gün, noyabrın 29-da saat 18.00-da Park Bulvar AVM-in 1-ci mərtəbəsində məşhur aktyorun imza günü də keçiriləcək.

Oktay Kaynarcanı sevən hər kəs dəvətlidir


Müəllif: Teleqraf.com