27 Noyabr 2019 10:05
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Respublikasının İstanbul şəhərində 26 noyabr 2019-cu il tarixində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə Mədəniyyət və Turizm sahəsində Əməkdaşlıq üzrə işçi Qruplarının birgə iclası keçirilir.

İclasda QDİƏT Şurasının qətnamələrinin, qərar və tövsiyələrinin icrası və QDİƏT üzvü olan ölkələrin mədəniyyət və turizm məsələləri üzrə nazirlərin qəbul etdikləri Bəyannamələr və Birgə Bəyanatların icrası, Avropa Şurasının mədəni marşrutları bağlı yeni layihələrin qiymətləndirilməsi, ÜTT-nin İpək Yolu Proqramı, Bizans marşrutlarının xəritələşdirilməsi, ÜTT ilə əməkdaşlıq, BLUEMED layihəsi haqqında məlumat, Qara dəniz mətbəxi - İnkişaf və Tanıtım Proqramı, Film festivallarında iştirak, QDİƏT üzv ölkələrində mədəniyyətlə bağlı tədbirlər və beynəlxalq sərgilər, qeyri-maddi mədəni irsin UNESKO siyahısına daxil edilməsi ilə məsələlərin müzakirə edilməsi üçün QDİƏT üzv ölkələrindən nümayəndələrin siyahısının hazırlanması, QDİƏT üzv ölkələrindən QDİƏT-in Mədəniyyət üzrə İşçi Qrupuna və Turizmdə Əməkdaşlıq üzrə İşçi Qrupa nümayəndələrinin siyahısının yenilənməsi və digər məsələlər müzakirələr aparılır.

Avropa Şurası mədəni marşrutlarına dair genişləndirilmiş çərçivə sazişinin icra katibi Stefano Dominioni yeni yaradılması nəzərdə tutulan mədəni marşrutlar haqqında geniş məlumat verib və üzv ölkələri bu sahədə fəal işlər aparmağa səsləyib.

Sözügedən tədbirdə Azərbaycan Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və marşrutlarının inkişafı şöbəsinin müdiri Günel Aslanova çıxış edib, Azərbaycanın zəngin tarixə, mədəniyyətə və milli adət-ənənələrə sahib olması, onun mədəni potensialının beynəlxalq səviyyədə təbliğ olunması baxımından mədəni marşrutların rolu, eyni zamanda ölkəmizin mədəni marşrutlarla bağlı yeni layihələri barəsində məlumat verib. Qeyd olunmuşdur ki, Azərbaycan 2011-ci ildən etibarən Avropa Şurasının mədəni marşrut layihəsinə (Cultural Routes of Council of Europe) qoşulub.

Template ads/ads_inline_video_economy not found. FILE: /home/trend/main/classes/tpl.class.php, CLASS: tpl, LINE: 61
G.Aslanova bildirib ki, hazırda Azərbaycan Avropa Şurasının 5 mədəni marşrutu - Yəhudi irsi üzrə Avropa marşrutu, Şərab Yolu, Qədim Qayaüstü İncəsənət İzləri, Avropa Tarixi Termal Şəhərləri, Zeytun ağacları mədəni marşrutu üzrə təmsil olunur. Bununla yanaşı, Azərbaycanın qoşulduğu mədəni marşrutlarla bağlı apardığı işlər, həmçinin yaxın gələcəkdə nəzərdə tutulan yeni layihələr barəsində geniş məlumat verilib./trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər