29 Noyabr 2019 15:20
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livan hökumətinə bağlı “Hizbullah” terror təşkilatının Almaniyadakı bütün fəaliyyətləri qadağan olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Şpigel” qəzeti məlumat yayıb.

Nəşrin xəbərinə görə, bu barədə qərar Almaniya xarici işlər, daxili İşlər və ədliyyə nazirlərinin ötən həftə keçirilən iclasında qəbul edilib. Məsələ ilə əlaqəli yekun qərarın gələn həftə Nazirlər Kabinetinin iclasından sonra açıqlanacağı deyilib.

Qərar qəbul edilsə, Almaniya “Hizbullahı” terror təşkilatı kimi tanıyan növbəti ölkə olacaq.

Qəzet qeyd edir ki, ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenel bundan əvvəl rəsmi Berlini “Hizbullah” terror təşkilatının bu ölkədəki fəaliyyətlərinin qarşısını almağa çağırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər