8 Dekabr 2019 18:16
317
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Suraxanı və Sabunçu rayonları ərazisində “Vətəndaşların Bələdiyyə seçkilərində fəallığının artrımasını stimullaşdıran idikatorların müəyyən edilməsi” mövzusunda sosioloji sorğu kerilib. Sorğu nəticələrinə görə, bələdiyyə seçkilərində vətəndaş fəallığının artırılması üçün layiqli vətəndaşların namizədliyinin irəli sürülməsi, məntəqə seçki komissiyalarının təmiz insanlardan formalaşdırılması önəmlidir".

Bu barədə saytımıza “Sosial islhatlara dəstək” İctimai Birliyinin sədri İnşallah Qafarov məlumat verib.
İnşallah Qafarovun sözlərinə görə, həyata keçirdikləri “Bələdiyyə seçkilərinin əhəmiyyətinə dair maarifləndirici seminarların və sosioloji sorğuların təşkili”
layihəsi çərçivəsində Suraxanı rayonunun Bülbülə qəsəbəsi və Sabunçu rayonu Ramana qəsəbəsində seminar keçirilib. Seminarda iştirakçılara bələdiyyə seçkilərinin zəruriliyi, demoktatiyanın inkişafında bələdiyyələrin rolu, bələdiyyə seçkilərində vətəndaş fəallığının artırılmasının vacibliyi, bu fəallığn artırılmasına təsir göstərən amillər barədə məlumat verilib.


Müəllif: Teleqraf.com