22 Sentyabr 2014 11:20
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnformasiya və rabitə sektorunda göstərilən xidmətlərin 60,2 faizi mobil telefon operatorlarının payına düşür.

Teleqraf.com saytı xəbər verir ki, informasiya və rabitə sektorunda 2014-cü ilin yanvar-avqust aylarında təsərrüfat subyektlərinə və əhaliyə 988,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,5 faiz çox xidmət göstərilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, xidmətlərdən əldə olunmuş gəlirlərin 60,2 faizi mobil telefon operatorlarının payına düşüb və ötən ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 8 faiz artaraq 595 milyon manat təşkil edib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər