Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahana hər iki səviyyə üzrə ümumilikdə 847 nəfər qatılıb.
Eksternat imtahanlarında ümumi orta təhsil səviyyəsi üzrə 109 nəfər, tam orta təhsil səviyyəsi üzrə 348 nəfər uğur qazanıb.
Tam orta təhsil səviyyəsi üzrə eksternlər 2 gün ərzində hərəsində 10 sual olmaqla 11 fənn, ümumi orta təhsil səviyyəsi üzrə isə hərəsində 10 sual olmaqla 12 fənn üzrə imtahan veriblər.
Qeyd edək ki, hər iki səviyyə üzrə rus bölməsində təhsil almış şəxslər əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) sınaqdan keçiblər.
İmtahanlarda uğur qazanmış şəxslər barədə məlumatlar “Şagird-məzun” sisteminə daxil edilib.
Növbəti mərhələdə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi buraxılış imtahanlarında iştirak etmiş eksternlər müvafiq olaraq ümumi orta və tam orta təhsil haqqında attestat ala biləcəklər.