Xəzər Universitetinin Xorvatiya universitetləri ilə əməkdaşlığının perspektivləri müzakirə olunub. Bu məqsədlə Xorvatiya Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili, xanım Neda Milişiç Xəzər Universitetində olub.
Xəzər Universitetindən Teleqraf.com-a verilən məlumata görə, bu ali məktəbin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı ilə görüşdə Azərbaycan və Xorvatiya universitetləri arasında əməkdaşlığın əhəmiyyətindən danışılıb.
Eyni zamanda, Xəzər Universitetinin Xorvatiya universitetləri ilə mühəndislik, sosial elmlər, iqtisadiyyat və menecment sahələrində əməkdaşlığının perspektivləri müzakirə edilib.
NİGAR