17 Yanvar 2020 10:17
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunan xüsusi dərslər keçirilib.

Teleqraf.com Reporta istinadən xəbər verir ki, Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən, tədris olunan dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir.

Bundan əlavə, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunan kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və dəyirmi masaların da keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ənənəvi olaraq, 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində təhsil işçiləri, şagird və tələbələr şəhidlərin xatirəsinə ucaldılmış abidələri, Şəhidlər Xiyabanını ziyarət edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər