Bu gün Yasamal rayon Ağsaqqallar Şurasının növbəti konfransı keçirilib.
Teleqraf.com xəbər verir ki, konfransda rayonun rəsmiləri, Azərbaycan Ağsaqqallar Şurasının təmsilçiləri, Yasamal rayonunun ağsaqqalları, millət vəkilləri, jurnalistlər iştirak edib.
Rayon İcra hakimiyyəti və ağsaqqallarının, idarə heyətinin qərarı və razılığı ilə dəyərli ağsaqqalımız, ömrünü şərəflə dövlətçiliyə xidmətə həsr etmiş, idman xadimi, ictimai fəal, Yasamal əhalisinin və dağlıların ağsaqqalı, ziyalısı və böyük nəslin başçısı Cavanşir Qurbanov Yasamal rayon Ağsaqqallar Şurasının sədri seçildi.