23 Sentyabr 2014 19:25
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi “Oxu strategiyalarının təlimi üzrə mentorların hazırlanması” təliminə iştirakçı qəbulu elan edir.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, 07-11 oktyabr 2014-cü ildə Quba rayonu, ADİU-nun Tədris, idman və sağlamlıq mərkəzində keçiriləcək təlimin məqsədi ibtidai təhsil səviyyəsində təhsil alan şagirdlərdə oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək məqsədilə sinif müəllimlərinin fəaliyyətini istiqamətləndirməyə yardım edə biləcək mentorların hazırlamaqdır. 30 nəfər iştirakçının cəlb ediləcəyi təlimdə ali pedaqoji təhsil; pedaqoji iş təcrübəsi (ən az 2 il); Azərbaycan dilində sərbəst danışma, oxuyub anlama bacarığı; ünsiyyətcil, təşəbbüskar; məsuliyyətli; əməkdaşlıq bacarığı;

fasilitasiya bacarığının olması vacibdir. Hazırda müəllim olaraq çalışan, respublikanın bölgələrinə getmə imkanı olan; mütaliə vərdişi olan; təlimçi kimi fəaliyyət göstərən sinif müəllimlərinin müraciəti arzuolunandır.
Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər müvafiq ərizə formasına (Əlavə ) öz CV - lərini də əlavə edərək [email protected] elektron poçt ünvanına göndərməlidir.


Müəllif:

Oxşar xəbərlər