23 Yanvar 2020 09:23
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dırnaq göbələyi torpaq, nəmişlik, heyvanlar və ümumi istifadədə olan əşyalar vasitəsilə ötürülə bilər.

Teleqraf.com xəbər verir ki, dırnaq göbələyinin vaxtında müalicə edilməməsi, dırnaq çıxarılmasına qədər ciddi problemlərə səbəb ola bilər.

Dırnaq göbələyi yoluxucu və müalicəsi vaxt aparan infeksiyadır. Elmi dildə “dermatofit” adı verilən bu xəstəlik bir hüceyrəli kif göbələklərinin yaranmasına səbəb olur.

Adətən qırılma, deformasiya, ağ-sarı rəng dəyişiklikləri, qalınlaşma, dırnağın qopması kimi simptomlarla meydana gələn dırnaq göbələklərinə ayaq dırnaqlarında daha çox rast gəlinir.

Saunalar, hamamlar, idman salonları kimi ictimai yerlərdə yalın ayaqla gəzmək, başqasının ayaqqabısını geymək, eyni ayaqqabıları uzun müddət istifadə etmək, hər gün corab dəyişdirməmək göbələk infeksiyası üçün risk faktoru yaradır. Bu infeksiya qan dövranı pozğunluğuna görə daha çox kişilərdə və yaşlılarda olur.

Son illərdə gənclərdə dırnaq göbələyinə yoluxma halları da artıb. Göbələk infeksiyası yalnız ayaqlarda və əllərdə deyil, qoltuqlarda, qasıqda və gövdə də olur. Buna sintetik, sıx paltar geymək də buna səbəb olan amillərdəndir.

Bu gün tendensiya halına gələn dırnaq boyası, taxma dırnaq kimi dırnaq kosmetikaları da göbələyin formalaşmasına səbəb olur. Bu məhsulların hazırlanmasında və çıxarılmasında istifadə olunan kimyəvi maddələr dırnaqlarda quruluş pozğunluqları və zədələr yaradır, göbələk infeksiyalarına meylliliyi artırır.

Dırnaq göbələyinin müalicəsi asan deyil.

Birdən çox dırnaq göbələk infeksiyasına yoluxarsa, ən az üç ay ağızdan dərmanlarla müalicə tətbiq etmək lazımdır. Bununla birlikdə istifadə olunan dərmanlar bir sıra yan təsirlərə səbəb olur. Xəstələrin müalicə istifadə etdiyi dərmanlar nəzərdən keçirilməli, böyrək və qaraciyər funksiyası yoxlanılmalıdır. Normal dəyərlərə sahib olduqda göbələk müalicəsinə başlamaq olar.

Ağız vasitəsiylə müalicə ala bilməyən xəstələrdə, prosesi asanlaşdırmaq üçün lazer dəstəkləyici müalicə həftəlik və ya 10 günlük seanslarda tətbiq oluna bilər. Bu müalicə metodlarından hər hansı birində müvəffəqiyyət nisbəti 100 faiz deyil və bu nisbət insandan və göbələklərin müqavimətindən asılı olaraq dəyişə bilər.

Dırnaq göbələyindən qorunmaq üçün tövsiyələr:

• Eyni ayaqqabılar hər gün geyilməməli və ayaqqabı tez-tez təmizlənməlidir

• Corablar 60 dərəcədən yuxarı yuyulmalı və gündəlik dəyişdirilməlidir.

• Ayaqları yuduqdan sonra dəsmal qurudulmalıdır.

• Ayaqların ətrafındakı dəri zədələnməməsinə diqqət yetirilməlidir.

• Yalın ayaqlarla hovuz, sauna, vanna otağı kimi nəm yerlərdə gəzilməməlidir.

• Manikür-pedikür vasitələri şəxsi və steril hesab olmalıdır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər