26 Yanvar 2020 01:59
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bənövşəyi kartof 7 min il əvvəl Cənubi Amerikadakı İnka Kralları üçün qida kimi qəbul edilib.

Teleqraf.com xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, tünd bənövşəyi kartofun tərkibində digər bənövşəyi kartoflara nisbətən dördqat artıq antioksidan var. Ağ kartofdan isə onqat çox antioksidan və antosiyanin ehtiva edir.

Bu kartof növü bəzi ölkələrdə yetişdirilir. Bənövşəyi kartof kompleks karbohidratlar, kalium, C vitamini, fol turşusu və dəmirin mənbəyi kimi də tanınır. Bu kartoflar göz və ürək sağlamlığını dəstəkləmək, xərçəng hüceyrələrinin yayılmasını azaltmaq və bir çox xəstəlikləri aradan qaldırmaqda aktiv rol oynayır. O, çuğundur və kartofun birləşməsindən əmələ gələn ortaq dada malikdir.

Tərkibindəki antosiyanin sayəsində xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır. Eyni zamanda artıq çəkisi olan kəslər rahatlıqla istifadə edə bilərlər.


Müəllif: Aysel Azad