31 Yanvar 2020 12:31
339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 31 yanvar 2020-ci il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Cəlilabad, Biləsuvar, Yardımlı, Lənkəran və Astara rayonlarının vətəndaşlarını qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, həmin gün Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə Salyan və Neftçala rayonlarının vətəndaşları ilə görüşüb.

Qəbullar zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər