Əmlak Məsələləri Dövlət Komitəsi Nuru Paşanın Göyçayda hərbi qərargah kimi istifadə etdiyi evi özəlləşdirməyib.
Bu barədə Teleqraf.com-a Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirib.
Onun sözlərinə görə, bəzi iddialar səslənir ki, Göyçayda yerləşən bu ev özəlləşdirilib və daha sonra həmin ərazidə söküntü işləri aparılıb: “Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirdiyi ərazi həmin yerə yaxındır və qeyri-yaşayış obyektidir, əvvəllər mətbəə olub. Həmin obyekt 2015-ci ildən özəlləşdirilib və hazırda kommersiya fəaliyyəti ilə məşqul olan müəssisədir, və sökülməyib. Bu ərazinin Nuru Paşanın qərargahının yerləşdiyi evə heç bir aidiyyatı yoxdur”.
Q.Xəlilov qeyd edib ki, ”söküntü işləri aparılan ərazidə isə əvvəllər yaşayış yeri olub və bir tikinti şirkəti həmin yaşayış sahəsini alıb".
Xatırladaq ki, bəzi KİV-lərdə Nuru Paşanın Göyçayda hərbi qərargah kımi istifadə etdiyi ev özəlləşdirilərək şirkətə satıldığı və şirkətin isə orda söküntü işlərinin aparıldığı qeyd edilib.