Fövqəladə Hallar Nazirliyi (FHN) fevralın 8-də Neftçala şəhərindəki yanğının söndürülməsi barədə məlumat yayıb.
FHN-dənTeleqraf.com-a bildiriblər ki, Neftçala şəhəri H.Əliyev prospekti 4 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən saat 21:15 dəqiqədə söndürülüb
21.50
Fevralın 8-də axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğının baş verməsi barədə məlumat daxil olub.
Teleqraf.com FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Əlavə məlumat veriləcək.