Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, iqtisad elmləri namizədi Etibar Əliyev vəfat edib.
Teleqraf.com xəbər verir ki, E.Əliyev 60 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, 2006-cı ildən indiyədək Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Respublika Komitəsinin sədri olub.O, Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. Prezident İlham Əliyevin 21.10.2015-ci il tarixli sərəncamına əsasən Etibar Əli oğlu Əliyev Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.//Report.az