Aralarında azərbaycanlıların da olduğu Türkiyənin Çindən təxliyə etdiyi 42 nəfərin heç birində koronavirus aşkarlanmayıb.
14 günlük karantin bitdikdən sonra onlar evə buraxılıblar.
Xatırladaq ki, fevralın 1-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus ambulans təyyarəsi Çinin Vuhan şəhərindən 42 nəfəri təxliyə etmişdi. Onlardan 6-sı azərbaycanlı idi. /Report/