"Nordavia" aviaşirkətinin bugünkü Sankt-Peterburq - Bakı reysi ləğv edilib.
Teleqraf.com-un məlumatına görə, bu barədə "Yandeks. Cədvəl" xidmətinin məlumatında deyilir.
"5N 705" reysinin təyyarəsi saat 11:00-da Pulkovo hava limanından qalxmalı və saat 15:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında eniş etməli idi.
Reysin ləğv edilməsinin səbəbi məlum deyil.