29 Fevral 2020 08:18
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunun Abad kənd sakini, 39 yaşlı Sahil Nuralıyev səhhətində yaranan problemlərlə əlaqədar rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə cağırış edib.

Teleqraf.com xəbər verir ki, S.Nuralıyevin yaşadığı ünvana gedən həkim briqadası lazımı tibbi yardım edən zaman xəstə bir neçə gün əvvəl İran İslam Respublikasından Azərbaycana qayıtdığını bildirib.

Həkim briqadası bundan sonra S.Nuralıyevi Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırıb və o, İnfeksion Xəstəliklər Şöbəsinə yerləşdirilib.

S.Nuralıyev xəstəxanaya yerləşdirildikdən 14 gün sonra evə buraxılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər