29 Fevral 2020 11:10
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı bu gün dəfn olunacaq.

Bu barədə Teleqraf.com-a Gənc Tamaşaçılar Teatrının Mətbuat Xidmətinin rəhbəri Pərvin Nurəliyeva məlumat verib.

Onun sözlərinə görə, A.Salmanlı ilə vida mərasimi Yeni Suraxanıdakı evində keçiriləcək.

"Suraxanı qəbiristanlığında torpağa tapşırılacaq", - P.Nurəliyeva bildirib.

Qeyd edək ki, Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib.


Müəllif: Teleqraf.com