6 Mart 2020 11:21
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatları Aydın Mirzəzadə və Elman Nəsirov dünən Ermənistan silahlı qüvvələrinin snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin əsgəri, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlunun dəfn mərasimində iştirak etmək üçün Cəlilabad rayonunun Cəfərxanlı kəndinə yola düşüblər.

Teleqraf.com xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə bildirib.

Şəhid hərbçimizin dəfn mərasimi doğulduğu kəndində keçiriləcək.

Qeyd edək ki, A.Mirzəzadə Milli Məclisdə 47 saylı Mingəçevir, Elman Nəsirov isə 68 saylı Cəlilabad kənd seçki dairəsini təmsil edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər