2019-ci il ərzində Azərbaycan ərazisində 16571 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2018-ci il ilə müqayisədə 1107 hadisə və ya 7% çoxdur.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 70 nəfər həlak olub, 338 nəfər xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 63 nəfər xilas edilib, 1228 nəfər təxliyə olunub.
2019-cu il ərzində respublika ərazisində 172 təbii mənşəli hadisə qeydə alınıb, 2 nəfər insan tələfatı olub. Təbii mənşəli hadisələr zamanı nazirliyin xilasediciləri tərəfindən 2 nəfər xilas edilib, 136 nəfər təxliyə olunub.