Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbulda saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə ”Sabah” qəzeti yazıb.
Məlumata görə, Mənsimov İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılıb.
Onun ofisində axtarış aparılıb.
İş adamının FETÖ istintaqı çərçivəsində saxlanıldığı bildirilir.