27 Sentyabr 2014 18:14
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Uşak vilayətində avtomobil qəzası nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının cənazələrinin Vətənə çatdırılması üçün Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən dünən gün ərzində bütün lazımi sənədləşmə işləri başa çatdırılıb və cənazələr Azərbaycana yola salınmaq üçün İstanbul hava limanına gətirilib. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəhbərinin vəzifələrini icra edən Hikmət Hacıyev deyib.


Onun sözlərinə görə, bu gün axşam radələrində cənazələrin İstanbul-Bakı reysi ilə Azərbaycana göndərilməsi nəzərdə tutulur: "Cənazələrin Vətənə çatdırılmasında Türkiyənin müvafiq dövlət qurumları, eləcə də Uşaq valiliyi və Uşaq universiteti tərəfindən bütün lazımi dəstək göstərilib".


H.Hacıyev qeyd edib ki, xaricdə Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının qorunması və lazımi konsulluq dəstəyinin göstərilməsi Azərbaycan Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərimizin qarşısında duran prioritet vəzifələrdən biridir: "Bir daha bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".


Müəllif:

Oxşar xəbərlər