17 Mart 2020 22:45
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bu qurumda tətbiq ediləcək müvəqqəti iş rejimi barədə məlumat yayıb.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq Konstitusiya Məhkəməsində aşağıdakı iş qaydaları müvəqqəti tətbiq ediləcək:

1. Konstitusiya Məhkəməsinin plenumlarının iclasları müvəqqəti olaraq yazılı prosedurla keçiriləcək;

2. Vətəndaşların (şəxslərin) qəbulu müvəqqəti olaraq dayandırılır;

3. Vətəndaşlar (şəxslər) Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsinə (www.constcourt.gov.az) daxil olaraq onlayn şəkildə məhkəməyə müraciət edə, həmçinin ərizə və şikayətləri poçt vasitəsilə göndərə bilərlər.

Əlaqə üçün telefon nömrələri: (012) 492 91 03, (012) 492 79 61 (Konstitusiya Məhkəməsi Aparatının Vətəndaşların qəbulu və şikayətlər şöbəsi).


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər