20 Mart 2020 12:45
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınaraq hərbi hissələrdə əsgərlərin valideynlərlə görüşləri müvəqqəti dayandırılıb.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinin müvafiq tapşırığına əsasən Novruz bayramı günlərində hərbi qulluqçuların öz ailə üzvlərinə təbriklərini çatdırmaları üçün hərbi hissə ilə əsgərlərin evləri arasında videobağlantılar təşkil olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər