30 Mart 2020 16:20
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ASAN xidmət” koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə dəstək məqsədi ilə loqotipində müvəqqəti dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, "#məsafəniqoru insanları qoru" sosial çağırışı verilən müvəqqəti dəyişiklikdə loqotipin kənar hədlərarası məsafəsi genişləndirilib.

Bu sosial təşəbbüsdə "Ürəklər birdirsə, məsafələr əngəl deyil" mesajı diqqətə çatdırılır.

Bununla da "ASAN xidmət" vətəndaşları karantin tədbirlərinə əməl etməyə çağırır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər