2 Aprel 2020 13:47
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

4 il də keçdi şəhadətindən, canım oğlum, sən öz qəhrəmanlığınla dillər əzbəri, xalqın övladı oldun...Bu 3 ildə nələr çəkdim, nələr yaşadım, yoxluğuna necə dözdüm, həsrətinlə necə yaşadım. Sənsizliyə dözmək elə çətindi ki...

Teleqraf.com-un məlumatına görə, bu sözləri 2016-cı ildə Aprel döyüşləri zamanı Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olan Əbdülməcid Axundovun anası Ceyran Həsənova sosial şəbəkədəki paylaşımında qeyd edib.

"Elə acı, elə ağırdır ki, bu yükü daşımaq...Heç bir sözlə ananın övlad həsrətini ifadə etmək olmur. Heç bir təsəlli ananın övlad acısını azalda bilmir. Elə çox darıxmışam ki, səninçün. Sənə qovuşacağım günü səbirsizliklə gözləyirəm, canım oğlum...", - deyə şəhid anası qeyd edib.

Qeyd edək ki, 1993-cü il oktyabrın 15-də Sumqayıt şəhərində doğulan Əbdülməcid Axundov aprelin 9-u Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub.

Əbdülməcid Axundov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər